MOBİL FİLMƏ TƏLƏBLƏR

  • Təqdim olunan film yalnız mobil telefona çəkilməlidir;
  • Çəkiliş üçün işıq, ronin, mikrofon, tripod və s. əlavə avadanlıqlardan (professional və ya evdə hazırlanmış) istifadə edilə bilər;
  • Video və audionun montajı, rənglənməsi və xüsusi effektlər üçün istənilən kompüter proqramından və ya mobil tətbiqdən istifadə edilə bilər;
  • Xronometraj:
    – bədii film: beynəlxalq – 30 dəq.-dək, yerli – 10 dəq.-dək;
    – sənədli film: beynəlxalq – 30 dəq.-dək, yerli – 10 dəq.-dək;
    – sosial çarx: beynəlxalq – 3 dəq.-dək, yerli – 2 dəq.-dək;
    – musiqi klipi: 5 dəq.-dək;
    – sosial media vloqu: 5 dəq.-dək;
  • Ekran ölçüsü: 1080p Full HD;
  • Nisbət: 16:9 (üfüqi); sosial media vloqu: 9:16 (şaquli);
  • İngilis dilindən başqa dildə təqdim olunan filmin ingiliscə subtitrləri olmalıdır.

MÜNSİFLƏR HEYƏTİ

Onlar sizin filminizi gözləyir.

  • Kinoprodüser, rejissor, ssenarist – Nizami Kino Mərkəzinin direktoru (2024). “İlin ən yaxşı idman filmi” (2023), Azərbaycan Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı (2024) və Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təşəkkürnaməsi (2024) ilə təltif edilib.

    Əli-Səttar Quliyev

  • Rejissor, ssenarist – yazı və hekayələri “Литературный Азербайджан” və “Мир литературы” jurnallarında dərc olunub, tammetrajlı film ssenarisi VGİK-in festivalında iştirak edib. Bir neçə Azərbaycan və Rusiyada çəkilmiş bədii filmlərin ssenari müəllifidir.

    Nərgiz Bağırzadə

  • Aktyor – AR Əməkdar Artisti, Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının üzvü, YUĞ Dövlət Teatrının aktyoru və AMEA Folklor İnstitutunun “Folklor studiyası”nda rejissoru, Azərbaycan İncəsənət Məktəbinin müəllimi. Milli Humay Mükafatı laureatı (2015), Prezident Mükafatına (2021) layiq görülmüşdür. Bir çox bədii və sənədli filmlərə çəkilmişdir.

    Qasım Nağı

  • Rejissor, ssenarist – filmləri Avropa Qısa Pitçing müsabiqəsində (Image Production Award, Mastering and Distribution Award mükafatları), Sarayevo Film Festivalında (2020), Moskva Premyer Film Festivalında, Baykonur Beynəlxalq Film Festivalında, Batumi Film Forumunda (Kino Tənqidçiləri Mükafatı) və Bişkek (Münsiflər Heyətinin Xüsusi Mükafatı) iştirak edib. “İki gün” ikinci filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Böyük qayıdış” pitchinq layihəsində qalibi (2021) olub.

    Teymur Qəmbərov

SPONSORLAR

Təşkilatçı:

Sponsorlar:

Proqram sponsoru:


İnformasiya sponsorları:

MOBİLOQRAFİYA KURSLARI

CINEMO peşəkar rejissorluq proqramı əsasında mobiloqrafiya kursları keçirir.

Kursun müddəti: 1 ay (həftədə 2 dəfə olmaqla 1,5-2 saat dərs).

Format: nəzəri və təcrübi biliklər; çəkiliş avadanlıqları ilə əyani tanışlıq, onlardan istifadə.

Kursun proqramı:

  • Modul #1: Giriş. Çəkiliş mərhələləri;
  • Modul #2. Mobil çəkilişə hazırlıq;
  • Modul #3. Mobil çəkiliş;
  • Modul #4. Səs;
  • Modul #5. İşıq;
  • Modul #6. Mobil telefona çəkiliş texnikaları;
  • Modul #7. Mobil telefonda montaj;
  • Modul #8. Yekun. Sertifikatların təqdim edilməsi.

Kursda kimlər iştirak edə bilər: Yeni başlayanlar; Mobiloqraflar; Videoqraf, operator, rejissor olmaq istəyənlər; Bloqqerler, bloqqer olmaq istəyənlər; İnstaqram səhifəsi işlədənlər; Arzusu olan hər kəs!

Əlavə üstünlüklər: Sertifikasiya Proqramını keçən məzunlara Sertifikat verilir; Telegram qrupuna daxil edilir.

SERTİFİKASİYA PROQRAMI

Mobiloqrafiya kursunu bitirdikdən sonra Sertifikasiya Proqramını keçən məzunların müvafiq məlumatları Mobiloqrafların Vahid Məlumat Reyestrinə (www.mobiloqraf.az) daxil edilir. Gələcəkdə hansısa müəssisəyə işə düzəlmək və ya xidməti müqavilə üçün müraciət etdikdə qarşı tərəf bu sayt üzərindən Sertifikatın doğruluğunu yoxlaya biləcək.