CINEMO - ÖLKƏNİN İLK MOBİL FİLM FESTİVALI | FİKİR ÇƏKMƏ, TELEFONA ÇƏK!
Mobil Film – mobil telefona çəkilmiş, ideyası, hekayəsi və süjet xətti olan filmdir. Mobiloqrafiya inkişafda olan bir sənayedir və müasir dövrümüzdə hər kəsdə olan mobil telefonların imkanlarından yararlanmaqla filmlərin istehsalını əlçatan edir. Müasir günümüzdə mobil telefonla çəkilmiş bədii filmlər hətta böyük kinoteatrlarda nümayişə çıxarılır, kassa toplayır. Sən də mobil telefonunla film çək, festivalda iştirak et və qalib ol! Qeyd: İştirakçıların qeydiyyatı və filmlərin qəbulu 31 yanvar 2024-cü il, saat 23:59-dək aparılır.